Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində Heydər Əliyev ili çərçivəsində  “Ulu öndər Heydər Əliyevin DTK-dakı fəaliyyəti” mövzusunda dəyirmi masa keçirildi

16.03.2023

Heydər Əliyev ili çərçivəsində  DTX işçilərinin peşə bayramı münasibəti ilə  İ.Nakam adına  Şəki şəhər Mərkəzi kitabxanasında kitabxanaçıların  iştirakı ilə “Ulu öndərin DTK-dakı fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Şəki MKS-nin direktor v.s.m.i.e Kəmalə İsmayılova açaraq bildirib ki, 1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarında işə başlayan ümummilli lider Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ DTK-nın Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi təyin edilib. 1958-ci ildə Azərbaycan SSR DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin edilib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. İşlədiyi müddətdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Sonda tədbir iştirakçıları mövzu ətrafında öz mülahizələrini bildiriblər.